Çap

Ana səhifə

Müəllif: Nazim Novruzov. Posted in Content AZ

AIIF – 2012 Azərbaycan Beynəlxalq Sığorta Forumu
“Qafqaz regionunda yeni perspektivlər”

4- 5 iyul 2012 – ci il,
Jumeirah Hotel, Bakı, Azərbaycan

AIIF – Qafqaz regionda sığorta və təkrarsığorta bazarlarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib tendensiya və perspektivlərini özündə əks etdirir.
Forum iştirakçılar arasında interaktiv ünsiyyətə yönəlmiş platforma olub, ölkələr arasında sığorta sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmişdir. Bütün bunlar kompleks şəkildə Qafqaz regionu ölkələrində bu mühüm sahənin gələcək inkişafına zəmin yaradacaq.


Bundan başqa, AIIF – 2012 təcrübə mübadiləsi və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə işgüzar görüşlərin keçirilməsinə imkan yaradır, həmçinin regionda sığorta və təkrarsığorta sahələrinə potensial investisiya imkanlarını açır.
Tədbirdə Qafqaz regionunun, həmçinin Türkiyə, Mərkəzi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri iştirak edəcək ki, bu da həmin regionlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün çox yaxşı şərait yaradacaq.

Forumun təşkilatçısı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti dəstəyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyasıdır, həmçinin Rumıniyadakı “Media XPRİMM” PR şirkətidir.

 

-----Sorğu-----